• 23 Noyabr 2024 01:01

Kombi sistemi adamı kökəldir – Piylənmənin yeni səbəbi

 

İngilis alimləri belimizdəki piylənmənin səbəbini tapıblar. Məlum olub ki, biz mərkəzi isitmə sistemi və kombi səbəbindən kökələ bilərik.

“Medicina” xəbər verir ki, London Universitet Kollecinin alimləri evin stabil, həddən artıq qızdırılmasının bədənin piy yandırma və enerji hasil etmə funksiyasını zəiflətdiyini sübut edib.

Soyuq temperaturda insan orqanizmi istilik üçün əlavə enerji mənbələrini işə salır. Bunlar dərialtı yağ ehtiyatlarında olan əlavə kalorilərdir. Əgər üşüdüksə, o zaman bədən artıq yağları yandırmağa başlayır.

Ancaq bu gün evlər və mənzillər çöldə mənfi 20 dərəcə olduqda da daim +25 dərəcədə isinir.
Alimlər qlobal piylənmə epidemiyasında mərkəzi istilik sistemini günahlandırır. Evlər yaxşı qızdırılmağa başlanıldığı dövrdən piylənmədən əziyyət çəkənlərin sayı bir o qədər çox artır.

Müasir insan daha çox tənbəlləşib, hətta oturduğu yerdən qalxmadan internet vasitəsilə alış-veriş edir.

Əlbəttə ki, qışda istiliyi söndürməməli və soyuqda qalmamalısız. Ancaq otaq temperaturunu ən azı + 18-20 C-ə çatdırmaq arzu edilir. Azca soyuq hava bir az arıqlamaq üçün yaxşı üsullardan biridir.

Tacxeber.com

Oxşar xəbərlər