“Gəlin bir nəfər kimi dua edəyin ki, Ərdoğan qalib gəlsin, artıq qurban boyun almışam” – Elman Nəsirov
“Bu gün qardaş Türkiyədə tarixi prezident və parlament seçkiləri keçirilir. Gəlin bir nəfər kimi dua edəyin ki, Türkiyəni dünyanın ən güclü dövlətlərindən birinə çevirən, planetimizdə söz sahibi edən, Vətən müharibəsində tarixi Zəfərimizin təminatında müstəsna rol oynayan Rəcəb Tayyib Ərdoğan qalib gəlsin. Prezident Rəcəb Tayyib Ərdoğan “zəmanəmizin Atatürküdür”. Bu gün axşam radələrində qələbə münasibətilə bir-birimizə gözaydınlığı verəyin. Artıq qurban boyun almışam. Allah qəbul etsin. Amin!”
Tacxeber.com Milli Məclisin deputatı Elman Nəsirovun Türkiyədəki seçkilərlə bağlı məqaləsini təqdim edir:
Türkiyə Respublikasında may ayının 14-də həm prezident, həm də parlament seçkiləri keçiriləcəkdir. Bu seçkilər öz əhəmiyyəti baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Səbəbləri bəllidir. Birincisi, bu seçkilər xüsusi tarixi zamana – Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. İkincisi, seçkilərin nəticələri təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmır, milli sərhədləri aşaraq qlobal məna və məzmun kəsb edir. Üçüncüsü, Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və onun doğurduğu fəlakətlər seçki prosesinə birbaşa və ya dolayısıyla təsir göstərir.