• 22 Noyabr 2024 19:08

Ermənilər Azərbaycanla sərhəd hadisələrində yerli hakimiyyəti təqsirkar sayır

 

Ermənistanda respondentlərin 42,6%-i Azərbaycanla sərhəddə baş verən insidentlərdə ölkə hakimiyyətini təqsirkar hesab edir.

Tacxeber.com xəbər verir ki, bunu “GALLUP Beynəlxalq Assosiasiyası”nın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın təqdim etdiyi sorğunun nəticələri sübut edir.

Sorğu bütün Ermənistan üzrə aparılıb və 1 100 nəfər iştirak edib.

Respondentlərin 26,5%-ni Rusiya hakimiyyətini, 15,6%-i həmin ölkənin sülhməramlılarını sərhəd hadisələrində təqsirkar adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər