• 22 Noyabr 2024 22:32

“Bizi belə səviyyəyə salmayın” – Qalmaqala rəsmi cavab – FOTO

 

Mədəniyyət Nazirliyi bir neçə gün bundan əvvəl aktrisa Ülviyyə Əliyeva ilə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev arasında yaranan gərginliyə münasibət bildirib. 

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova olay.az-a açıqlamasında deyib ki, sözügedən şəxslər arasındakı qalmaqal şəxsi münasibət zəminindədir:

386195

“Bilirsiniz, dedi-qodulara, şəxsi münasibətlər haqqında rəylərə baxdıqda münasibət bildirmək qeyri-ciddidir. Fikir verirsinizsə, bu sahədə xeyli işlər görülür. Təəssüf ki, biz enerjimizin bir hissəsini də belə formada dedi-qodulara həsr etməli oluruq. Çünki həqiqətən hər dəfə belə müzakirələrin yoxlanılması və araşdırılması üçün əməlli vaxt və resurlarımızı istifadə edirik”.

Bundan başqa, Aynur Kərimova sosial mediada bəzi teatr rəhbərliklərinin öz əməkdaşlarına mətbuata müsahibə verməsinə qadağa qoyduğu barəsində yayılan iddialara da münasibət bildirib:

386196
“Bilirsiniz, bu an bəzi media orqanlarının gündəminin böyük hissəsini sənət adamları ilə bağlı fərqli, müxtəlif yazılar, bəzən, ümumiyyətlə, gerçəkliyə əsaslanmayan dedi-qodular və s. tutur. Lütfən, bizi belə səviyyəyə salmayın”.

Qeyd edək ki, Ü.Əliyeva “Qafqazinfo”ya bildirib ki, 25 ildir sözügedən teatrda çalışmasına baxmayaraq, ona hələ də fəxri ad verilməyib. İddialara cavab verən rəhbərlik isə fəxri adın növbə ilə verildiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər