• 23 Noyabr 2024 01:59

Xameneyinin nümayəndəsi: “İran anadır, azərbaycanlılar da anasını söyməməlidir, ona kin saxlamamalıdır”

 

Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Amili Azərbaycanla bağlı növbəti dəfə sərsəm açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, Seyid Həsən Amili İranı tənqid etdiyinə görə, Azərbaycan mediasını qınayıb.

Xameneyinin nümayəndəsi İranı dünya azərbaycanlılarının “baba toprağı” adlandırıb:

“Neçə vaxtdır ki, Azərbaycan telekanalları və mediası iranlıları təhqir edir. Buradan Azərbaycan dövlətinə çağırış edirəm ki, bunun qarşısını alsın. Çünki İran bütün dünya azərbaycanlılarının “baba toprağı”, anası, vətənidir. Heç kəs anasını unutmaz, anasını söyməz, ona kin saxlamaz, ana sevgisini ürəyindən silə bilməz. Azərbaycanlılar da İranı söyməməlidir, ona kin saxlamamalıdır”.

Seyid Həsən Amili İran-Azərbaycan münasibətlərindən danışsa da, ancaq bu münasibətlərin pisləşməsinə səbəb olan molla rejiminin Ermənistanla yaxın əlaqələr qurmasına toxunmayıb./Demokrat.az

Tacxeber.com

Oxşar xəbərlər