Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərində “Qurani-Kərim” kitabını yandırmaqda şübhəli bilinən şəxsə qarşı cinayət işi açıb.
Bu barədə qurumun saytında məlumat verilib.
Qeyd olunub ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi əsasında (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlər) cinayət törətməkdə şübhəli bilinən yerli sakin Nikita Juravel saxlanılıb.
Qeyd olunub ki, cinayətkar şəhərin Cümə məscidi yaxınlığında bütün müsəlmanlar üçün müqəddəs kitabı yandırıb./Report