Rusiyalı nazir müavini Kubadan qayıdarkən öldü Siyasət 21 May 2023 13:50 169 Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko 46 yaşında vəfat edib. Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazir müavini Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə halı pisləşib. “Təyyarə Mineralnıye Vodı şəhərinə enib, orada həkimlər kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər”, – məlumatda bildirilib. Tacxeber.com