• 23 Noyabr 2024 03:54

Ovucdakı xətlər nədən xəbər verir?

 

Xiromantiyaya yanlış olaraq ovuc falı deyirlər. Amma xiromantiya fal deyil. İnsanları barmaq izlərinə görə tanımaq, identifikasiya eləmək mümkün olduğu kimi ovuc içindəki xətlərin oxunması haqqındakı elm olan xiromantiya ilə insanın həyatı boyu baş verən hadisələri proqnozlaşdırmaq mümkündür. Doğuşdan ölənə qədər insanların ovcunda heç dəyişməyən xətlər var. İnsanın həyatı sanki ovcunda əks olunub.

Tacxeber.com xəbər verir ki, dəqiqləşdirmək, fərqləndirmək üçün sağ və sol əldəki xətlərə baxmaq lazımdır. Yəni sağ ovcun içindəki xətlərlə, sol ovcun içindəki xətlər hər insanda müəyyən qədər fərqlənir. Sol əldə olan xətlər proqram olaraq verilmiş xətlərdir. Sağ ovcun içərisindəki xətlər isə insanın həyatı boyu fəaliyyətləri nəticəsində həyata keçiriləcək xətlərdir.

Xiromantiyada 4 əsas xətlər var. 1-cisi baş barmağın qabarı ətrafında həlqələnən xətdir. Buna həyat xətti də deyirlər. Bu həyat xəttinə diqqət yetirməklə onun həyatı boyu sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qisa və ya uzun olacağını bilmək olur. Bu xəttin uzunluğu nəticə etibarilə həqiqətən də insanın həyatını əks elətdirir. Ömrün qısa və uzun olmasını hesablamaq olar. Orta hesabla hər 1 mm 1 ilə bərabərdir. Tutaq ki, bu xətt 7 smm- dirsə bu ömrün təxminən 70 illik dövrü əhatə etdiyini göstərir. 80-90 sm-dirsə bu təxminən 80-90 il olmasını göstərir. Bu xətt nə qədər sərbəstdirsə, nə qədər aydın görünürsə, dağınıqlıqlar yoxdursa, göstəricini müəyyən etmək bir o qədər dəqiqdir. Burda bir məqama diqqət yetirmək lazımdır. Ömrün uzunluğunu təyin etmək üçün hər iki ələ baxmaq lazımdır. Həm solda, həm sağda xətlər qırılırsa, bu doğrudan da həmin adamın ömrünün qısa olacağına işarədir. Lakin belə proqnozlarda bir etika məsələsi də var. Ömrü qısa olan adama xiromant birbaşa acı həqiqəti deməməlidir. Bu etikadan kənar bir şeydir. Bu həmin insana psixoloji zərbə ola bilər və onun ömrünü daha da yarıda kəsilməsinə səbəb ola bilər.
Həmin insan sarsıla bilər. Sözləri ehtiyatla çatdırmaq xiromantın bacarığından, ustalığından asılıdır.

Mən şəxsi təcrüməmlə bağlı bir hadisəni danışmaq istərdim. Təqribən 5 10 il əvvəl avtobusda gedərkən bir cavan adamın sağ və sol əlinə baxıb onun ömrünün 40 yaşdan yuxarı olmayacaq. Lakin o çox
israr edirdi ki, mən həqiqəti ona çatdırım. Savadsız və cahil adam idi. Mən 40 yaşa qədərki, həyatını ona
dedim. Ancaq 40 yaşdan sonrakı həyatının onun fəaliyyətinə, əməllərinə bağlı olacağını dedim. Dedim ki, gələcəyini sən özün yazacaqsan. Acı bir söz olmasın deyə mən ehtiyatla danışdım. Amma o sanki iki ayağını bir başmağa dayayıb konkret danışmağımı istiyirdi. Mən dedim ki, burda yazılmayıb. Cavabında o dedi ki, sən fırıldaqçısan, yalançısan. Adamları aldadırsan.Ona başa saldım ki, axı mən sənin sənə yol-yoldaşı kimi baxıram. Heç bir maddi təmənnam da olmayıb.S ən məndən xahiş elədin. Mən də az-çox bildiklərimi deyirəm. Mən birdən özümdən asılı olmayaraq dedim ki, 40 yaşdan sonra sənin həyatın bitəcək. Həmin adam çox pis bir vəziyyətə düşdü. Az qala şok vəziyyətinə düşürdü, rəngi avazıdı.Dərin bir qorxu keçirtdi. Mən dərhal ona zarafat elədiyimi və bu sözü şəxsiyyətimə toxunduğu üçün söylədiyimi bildirdim. Elə bir şey yoxdu. Ona fikrini yaxşı sözlərlə yönəltdim. Və tədricən sakitləşib özünə gəldi.

Bundan başqa buradakı digər xətt barmaqların kökünə paralel gedən uzun bir xəttdir. Sol tərəfdən çeçələ barmağın altından təxminən 1 və ya 1.5 sm aşağıdan başlayır. Və köndələn şəkildə şəhadət barmağa doğru uzanır. Bəzən ovcun ortasında olur. Buna ürək xətti deyirlər. Və yaxud buna ünsiyyət xətti də deyirlər. Bu insanların daxili aləmini, emosionallığını, başqaları ilə ünsiyyət bacarığını göstərən bir xəttdir. Bu xətt nə qədər əlavə ağac budaqları kimi şaxələr yaradırsa, bu, adamın ruhən başqalarına daha yaxın olmasına, ünsiyyətçil olmasına işarədir. Digər bir xətt baş barmaqla şəhadət barmaq arasından başlayan və ovucun çeçələ barmaq istiqamətinə doğru uzanan və yuxarıdakı xəttə-ürək xəttinə təxmini paralel olan başqa bir xətt keçir ki, bu xəttə ağıl xətti və ta intelekt xətti də deyirlər. Bəzi nsanlarda bu xətt tarazlaşmış durumu, digərində hisslərə üstünlük verdiyini, başqa birində isə intelektə söykənməsini göstərir. Bu intelekt xəttinin uzunluğu, dərinliyi, xüsusən sona doğru bütöv olması insanın ağlının, intelektinin, düşüncəsinin yerli-yerində olacağını, xüsusən də yaşlı dövrlərdə öz intelektual xüsusiyyətlərini saxlayacağını göstərir. Əgər sona doğru bu xətt parçalanırsa, bir-neçə hissəyə bölünürsə bu insanın yaşlananda öz ağlını müəyyən qədər itirəcəyini, psixi problem yaşayacağını göstərir.

Bu xəttlərdən 4-cüsü çox adamlarda açıq şəkildə aydın görünən tale xəttidir. Tale xətti əlin biləyə birləşən yerindən orta barmağa doğru istiqamətlənmiş xəttdir. Bu xətt nə qədər düz və aydın olursa, əyrilik və qırılma olmazsa həmin insanın həyatının rəvan, rahat, sağlamlığının isə yaxşı olmasını göstərir. Elə adam var ki, əlinə baxanda həyatı boyu heç bir çətinlik çəkmədiyi görünür. Hər işi asanlıqla başa gəlib. Lakin elə adamlar da olur ki, həmin tale xətti qiriq və kəsiklərlə, kələ-kötürlərlə dolu olur. Onun həyatı da kələ-kötür, keşməkeşli
olur.

Yuxarıda sadalanan xəttlər bazis rolu oynayan, əsas xəttlərdir. Bu 4 xəttdən əlavə başqa xəttlər də olur. Bu xəttlər sabit xəttlər deyil. Bəzən görünmür, bəzənsə aydın olur.

Çeçələ barmağın qurtaracağından ürək xəttinin arasında, ürək xəttinə paralel, çeçələ barmağın kənarında xətt olur. Buna nigah xətti, evlənmə xətti deyirlər. Bəzən bu xəttən 2-3 dənə, bəzən daha çox olur. Bu o deməkdir ki, həmin adam qanuni və ya qeyri-qanuni 2-3 ailə həyatı, nigah yaşayacaq. Yəni evlənmələrin sayını göstərir. Yaxud nigahdan kənar evliliyi də göstərir. Onun üzərində isə, şaquli xətt və ya xəttlər olur. Bu xəttlər övladların sayını göstərir.

Bu xəttlərə baxanda insanın neçə dəfə ailə quracağı, bu ailə həyatlarının uzun və ya qısa sürəcəyini
görmək olur. Övladların oğlan və ya qız olacağını bilmək olur. Hətta bir adama baxıb onun nigahdan kənar
əlaqələrinin olub-olmamasını da görmək olur. Ailə barədə kiçik incəlikləri də bilmək olur. Ovuc xəttlərinə baxıb insanın ticarət bacarığının nə qədər yaxşı olmasını da bilmək olur. Adsız barmaqdan aşağısında xətlər olur ki, bunlar da insanın incəsənətə və ədəbiyyata olan qabiliyyətini göstərir. Bəzən insanda bu qabiliyyətlər olur. Lakin
ona mane olan xəttlər olur. Çeçələ barmağın aşağısı ilə biləyə doğru xətlər də var ki, bu ay yüksəkliyi adlanan yerdir. Bunlar da insanın uzaq səfərlərini, xarici səfərlərini, arzularını göstərir.

Nigah xəttinin təsdiqi başqa bir işarə ilə tapılır. Şəhadət barmağın ovuc hissəsindəki yüksəkliyin ərazisində 2 və ya 1 xaç işarəli xəttlər ola bilər. Bu evlənmələrin sayına işarədir. Bundan başqa insanın hansı yaşda ailə quracağını müəyyənləşdirmək olur. Xəttlər çox və qarışıq olduqca insanın həyatı barədə proqnoz vermək
çətinləşir. Ömür xəttindən çeçələ barmağa doğru bir xətt qalxır. Bu xətt sağlamlıq xətti və ya qaraciyər xəttidir.
Bu xətt nə qədər düz olursa bu qaraciyərin, həzm orqanlarının sağlam olmasına işarədir.

Barmaqların altındakı qabarlar da xüsusi mənalar daşıyır. Məsələn, şəhadət barmağın altındakı təpə nə qədər qabarıq, hündür olursa insanın şəxsi mənliyinin, ləyaqətinin yüksək olmasını göstərir. Yəni insan şəxsi ləyaqətinin başqaları tərəfindən əzilməsinə imkan vermir. Bunun altındakı qabar isə nə qədər yüksək olursa
insan karyerada bir o qədər qabağa gedir. Yəni orda əksinə olur.İnsan mənliyini nə qədər çox qoruyursa,
vəzifə pillələrində onun yüksəlməsi az olur. Bəzən insanın evlənmə xətləri çox olur. Lakin onun üzərindəki övlad xətləri heç olmur.

Bəzən ovuca baxanda insanın eyni zamanda iki adamla intim və ya ailə həyatı yaşadığını görmək
olur. Çox incə məqamları görmək olar. Ovucda, şəhadət barmaqdan aşaşısında aypara formasında xətt olur. Lakin bunların hamısını demək lazımdırmı? Bu nə dərəcədə xeyirli nəticə verə bilər? Xiromant bu barədə ehtiyatlı olmalıdır. Lazım olan qədər demək məsləhətdir.

Maddi durum da barmaqlarda öz əksini tapır. Belə ki, adsız barmaq şəhadət barmaqdan uzundursa, həmin insanın maddi təminatı kifayət qədər olur. Çeçələ barmağın uzunluğu adsız barmağın sonuncu falanqasından yuxarı qalxırsa deməli bu adamda kifayət qədər nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı var. Başqalarını inandırma qabiliyyəti var.

Baş barmağın vəziyyətinə də fikir vermək lazımdır. Baş barmağın birinci falanqası insanın intelektinin
göstəricisidir. İkincisi isə onun iradəsinin göstəricisidir. Əgər intelekt və iradə zəif olarsa, o adamın baş barmağı çox kiçik olur. Cəsarətsiz, qorxaq olur. Həddən artıq qəddar adamlarda, vəhşi xisləti olan adamlarda baş barmaq, qaba, gobud, yoğun, yöndəmsiz, eybəcər və həddən artıq böyük olur. Bu insanlar zorakılığa meylli olur. Daxilən başqalarına qarşı nifrət, kobudluq, cılızlıq hissi ilə dolu olur. Belə adamlar cinayətə meylli olurlar.

Ümumiyyətlə, barmaqların formasına fikir vermək lazımdır. Misal üçün: Xəsis adamlarda barmaqlar bir-
birinə doğru əyilmiş olur. Çeçələ barmaqla orta barmaq bəzi adamlarda həddən artıq əyilmiş olur. Belə adamların çox gizli bir sirri olur. Bu adamlar qəflətən dünyadan gedirlər.

Tacxeber.com

Oxşar xəbərlər