• 26 Noyabr 2024 07:30

Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı – VİDEO

 

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl Türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəsin iştirakı ilə oğluna keçirdiyi kiçik toyda baş verən qalmaqallı hadisədən söz açıb.

Tacxeber.com bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Özəl Tube” verilişində bildirib ki, sözügedən məclisdə qonaqlar sırasında olan mərhum Xalq artisti İlhamə Quliyeva gənc ifaçı Tunar Rəhmanoğlunun səhnə almasına heç bir irad bildirməyib.

“Oğlumun kiçik toyunda həm sənət dostlarım, həm də qonaqlarım İbrahim Tatlısəsin oxumasına imkan vermədilər.

Şəkil üstündə problem yaşandı. İbrahim mahnısını yarıdan kəsdi, onlarla şəkil çəkdirdi. Səhnədən zala düşə bilmirdi. 1000 nəfər qonağım vardı. İmkan vermədilər ki, İbrahim mahnılarını oxusun. İlhamə Quliyeva ilə yan-yana dayanıb söhbət edirdim. O anda İbrahim Tunarı səhnəyə oxumağa dəvət etdi. İlhamə xanım mənə dedi ki, “Bu nə biabırçılıqdır?

Belə şey olar? Sənin məclisinin böyüyü yoxdur? Buna bir düzən verin, İbrahimi oxumağa imkan vermirlər? Mən o anda səhnəyə baxırdım. Səhnədə Tunarla İbrahim var idi. Operator da bizi o anda çəkirdi. Görənlər bilir ki, biz nə danışırıq? Mən İbrahimin meneceri Eyyubu çağırtdırdım.

Söylədim ki, gedin İbrahimə deyin ki, o, səhnədən düşməsin. Elə səhnədə oxusun. Belə çıxdı ki, güya biz Tunarın oxumasını istəmirik. Xeyr, belə deyildi. Münasibətimiz Tunarla gözəldir. O, yaxşı ifaçıdır. Ailəsi ilə də yaxınam. Nə mən, nə də İlhamə xanım belə bir şey deməmişdi. Məclisdə irad şəkil məsələsi ilə əlaqədar idi”, deyə o, qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər