Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünu və Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə açıqlamasından sonra Rusiyadakı ermənipərəst təbliğatçılar isterik vəziyyətə düşüb. Nə etdiklərini və deyəcəklərini belə bilmirlər. Ona görə də Paşinyanın və onu dəstəkləyənlərin ünvanına sərt və təhqiramiz ifadələr səsləndirməkdədilər.
Tacxeber.com xəbər verir ki, Paşinyanın qəti əleyhdarlarından olan Marqarita Simonayan teleqram kanalında bunları yazıb:
“Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Daha sübut etmək üçün nə lazımdır. Bunun üçün hakimiyyətə gəlmişdi. Onun əlindən tutub gətirdilər.
Mən əvvəlcədən bunu deyirdim.
Amma sizlər onun arxasınca meydanlarda yürüyüb, hakimiyyətə gəlməsinə səs verdiniz. Onu dəstəkləmədiyim üçün mənim arxamca tonlarla təhqiramiz ifadələr işlədib, hətta “türk soxulcanı” adlandırdınız. Dediniz ki, Paşinyanı dəstəkləmirsənsə, deməli, erməni xalqını da dəstəkləmirsən. Heç nə eşitmək istəmədiniz, sürü kimi erməni satqınının onun arxasında getdiniz. İndi isə güzgüyə yaxınlaşıb, özünüzə yaxşıca baxın, sifətinizə tüpürün və bununla barışın…”
O, sonrakı cümlələrdə açıq təhqirə keçib.
Rusiyalı politoloq Solovyov isə deyib: “Erməni xalqı bununla razıdırmı? Bəs Qarabağdakı ermənilərin təhlükəsizliyini kim təmin edəcək?”.
Bu, artıq onu göstərir ki, istər Ermənistandakı revanşistlər, istərsə də onların xaricdəki, xüsusən də Rusiyadakı “ağaları” və alovlu təbliğatçılaır çox çaşqınlıq içindədirlər. Nə edəcəklərini bilmirlər.