• 25 Noyabr 2024 19:44

Natiq Cəfərli: “Sinan Oğanı niyə söyürlər, anlamıram…”

 

Sinan Oğanın 2-ci turda heç bir rolu ola bilməz, onu nədən söyürlər, anlamıram. İlk turda ona verilən səslər onun deyildi axı – İYİ Partidə öz partiyasına səs verib CHP-dən zəhləsi gedənlər, MHP-də öz təşkilatını dəstəkləyib, amma Ərdoğanı bəyənməyənlər ona səs verdilər. Yəni, ona səs sekulyar-sağ millətçi kəsimdən gəldi, özünə səs, yəqin ki, İğdırdan gələ bilərdi. Millətçi-sekulyar-sağ kəsim CHP-yə zatən səs verməz.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Oğanın məqsədi prezident olmaq deyildi, ola da bilməzdi, o indi vəzifə də almaz, amma MHP-yə geri dönmək üçün Ərdoğandan söz-dəstək ala bilər, bəlkə də, alıb. MHP-də Bağçalıdan sonra başqan axtarışı zatən davam edir, AKP üçün MHP ilə ittifaq çox vacibdir, MHP isə “bloklayıcı azlıq” rolundan məmnundur – məsuliyyəti az, idarəetməyə isə ortaqdırlar, həm də AKP-ni “uc nöqtələrə” sürüşməkdən çəkindirirlər. Siyasət elmi bunları deyir, bu çox vacib elmdir, əlifbasını bilmədən kitabını oxumaq olmaz…” – N.Cəfərli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər