Eynək istifadə edənlərə XƏBƏRDARLIQ
Bəzən insanlar optik eynək seçimində mütəxəssis həkimlə məsləhətləşmir, sadəcə optik eynəklər satılan yerlərdən görünüşcə bəyəndikləri hazır eynəkləri alırlar.
Tacxeber.com xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Yaqut Əşrəfova deyib.
Həkimin sözlərinə görə, bu cür eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur: “Amma əgər şəxsdə gözlərin görmə zəifliyi fərqlidirsə, bu cür eynəklər görmə zəifliyinin artmasına, göz və baş ağrılarına səbəb ola bilər. Bir sözlə, optik eynək seçimində verilmiş özbaşına qərar əksinə sağlamlığımıza mənfi təsir göstərə bilər. Bütün hallarda eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır”.
Optik eynək alarkən keyfiyyət sənədinin olması məqsədəuyğundur. Çünki həmin keyfiyyət sənədində şüşənin materialı, eynəyin gözləri ultrabənövşəyi şüalardan nə dərəcədə qoruması haqqında məlumat olur. Həkim-oftalmoloq onu da bildirir ki, eynək alarkən eynəyin çəkisinə, rənginə də fikir verilməlidir: