Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Azərbaycandan medal alıb.
Tacxeber.com xəbər verir ki, tanınmış siyasətçi dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə “Tərəqqi” medalına layiq görülüb.
O, diaspor sahəsindəki fəaliyyətinə görə təltif edilib.
Xatırladaq ki, Sinan Oğan 1992-2000-ci illərdə Azərbaycanda yaşayıb. O, əvvəl Prezident Adminstrasiyasında vəzifə tutub, 1993-2000-ci illərdə isə TİKA-nın (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) Azərbaycan ofisinin rəhbəri olub.