Bu sözləri tovuzlu 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə yanına qaçdığı Xaçmaz sakini Səfər Kavazovun həyat yoldaşı İTV-yə danışarkən deyib.
Qadın qeyd edib ki, bunun sonunun problem olmasını dəfələrlə ərinə bildirib:
“Buna görə neçə aydır mübahisə edirdik. Amma maaşını həmişə evə gətirirdi. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.