• 24 Noyabr 2024 22:27

“Utansınlar, Sinan Oğanı ittiham edənlər diktator fikirlidirlər” – Elman Nəsirov

 

Sinan Oğanın cənab Rəcəb Tayyib Ərdoğanı dəstəkləmisinə antidemokatrik hərəkət kimi qiymət verənlər unudurlar və yaxud bilərəkdən dilə gətirmirlər ki, bunun özü əslində, prezidentliyə namizəd olan şəxs tərəfindən demokratik dəyərlərə olan hörmətin və siyasi mədəniyyətin nümunəsidir.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Sinan Oğanın kimi dəstəkləməsi onun müstəsna hüququdur.

“Sinan bəy istər Rəcəb Tayyib Ərdoğanı, istərsə də Kılıçdaroğlunu dəstəkləyər. Heç kim ona müdaxilə edə bilməz”, – o qeyd edib.

Deputat əlavə edib ki, bu cür fikirləri səsləndirən şəxslər özlərində cəsarət tapıb həqiqəti deməyə cürət etsinlər: “Bu, həqiqət də ondan ibarətdir ki, Ərdoğanın liderliyi altında Türkiyə bu gün sözün əsl mənasında demokratik ölkə nümunəsidir. Kimlər ki Türkiyə Prezidenti Ərdoğanı demokratiyaya qarşı olmaqda ittiham edirlərsə, ən azından öz vicdanları qarşısında hesabat versinlər. Və bundan utansınlar. Utansınlar ki, Türkiyə 14 may seçkiləri ilə bir daha dünyaya demokratiya dərsi keçdi. Seçkinin yekunu olaraq Ərdoğan 49,3 faiz səs qazanaraq birinci turda qələbə çala bilmədi. Halbuki qeyri-demokratik, diktatura olan dövlətlərdə  belə olmur. Qeyri-demokratik ölkələr üçün 0,5 faiz səs qazanmaq elə də çətin məsələ deyil. Bu bir daha Türkiyədəki demokratiyanın nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.
Türkiyə bu gün demokratik örnək nümayiş etdirməklə əslində, onu ittiham edənlərin özlərinə çox  böyük bir dərs verir. Hansı  dövlət demokratin inkişaf yolunu seçmək istəyirsə, qoy gəlib Türkiyə nümunəsini öyrənsin və yolunu müəyyən etsin”.

Sinan Oğanın seçiminə və ittihamlarla üzləşməsinə gəldikdə isə Elman Nəsirov deyib ki, o, yetkin bir siyasətçi olaraq atdığı addımların bütün tərəflərini hesablayıb: “Təbii ki, siyasətdə maraqlar həlliedici məsələdir. Axı Sinan Oğan niyə qalibi qoyub, məğlub Kılıçdaroğlunu seçməlidir?! Nəyə görə xalqın daha çox hissəsinin dəstəklədiyi Ərdoğanı deyil, qələbə şansı olmayan Kılıçdaroğlunu dəstəkləməlidir. Bu arqumentlərin özündə məntiq yoxdur axı…
Bir də məgər Kılıçdaroğlunu dəstəkləmək demokratiyamı sayılır? Bu nə məntiqdir. Kimlərsə  Sinan Oğanı bunda ittiham edirsə, həmin insanların özləri düşüncələrində, fikirlərində diktatorluğu daşıyır. Özlərini demokrat kimi təqdim etsələr də, fikirlərində, qəlblərində diktator ruhu yaşamaqdadır”.

28 may seçkilərindən gözləntilərə gəldikdə isə deputat qeyd edib ki, İzmirdədirlər və prosesi diqqətlə izləyirlər: “Qənaətim ondan ibarətdir ki, ikinci turda Ərdoğanın qələbəsi labüddür”.

Tacxeber.com

Oxşar xəbərlər