• 20 Sentyabr 2024 18:36

Keçmiş əri həbs edilən Aysun: Allah ahını çıxar…

 

Keçmiş əri həbs edilən müğənni Aysun İsmayılova instaqramda paylaşım edib.

Tacxeber.com xəbər verir ki, instaqramın hekayə bölməsində Aysun bu sözləri paylaşıb:

“Sən yıxılarsan, Allah qaldırar. Qaldırmaqla qalmaz, səni yıxanlardan ahını alar”, – deyə o yazıb.

Qeyd edək ki, E.Cəlilov dünən həbs olunub. A.İsmayılova isə paylaşımı 13 saat əvvəl edib. Onun bu paylaşımı E.Cəlilovun həbsindən dolayı etdiyi düşünülür.

Xatırladaq ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.

E.Cəlilovun Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində edilən şikayətdən sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər