• 22 Noyabr 2024 20:59

Buzlu əti isti suyla əritməyin, zəhərə çevrilir

Buzlu əti əritməyin üsulu…

buzlu-eti-isti-suyla-eritmeyin-zehere-cevrilir

 

Dondurucudan çıxardığınız ətdən düzgün istifadə etdikdə sağlamlıq problemlərinə yol açmaz. Yox əgər donmuş əti qaynar suya və ya mikrodalğalı sobaya qoymaqla buzunu açmağa çalışsanız, qidanın korlanmasına səbəb olacaqsınız.

Dondurucuda donan əti istifadə etməyin yolu onu düzgün şəkildə, istifadə ediləcək hissələrlə dondurmaqdır. Bu zaman ancaq ehtiyacınız olacaq hissənin buzunu açıb istifadə etmiş olacaqsınız.

Əgər ətin buzunu tez bir şəkildə açmaq istəyirsinizsə, çəkilmiş əti sellofana qoyub soyuq su ilə dolu qabın içinə yerləşdirin. Ətin buzu soyuq suyun içində tez açılacaq.

Lakin buzlu ətin üzərinə qaynar su töksəniz tərkibindəki proteinlərin korlanmasına və qida dəyərinin azalmasına səbəb olacaq.

Bundan başqa, ətin buzunu isti suyun altında açmaq bakteriyaların sürətlə artmasına və ciddi sağlamlıq problemlərinə yol açır.

Tacxeber.com

Oxşar xəbərlər