• 22 Noyabr 2024 20:35

“Allah da baxıb deyir ki, belə bəndə yaratmamışam”

 

“Bədən şəkilləndirmə dəb halını alıb. Yetər artıq. Bayağı şəkildə elə bir şeyi reklam edirlər ki… İnstaqramı açırsan arxa, sinə görürsən. Bildik də bunu şişirtmisən”. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Qarşı-qarşıya” verilişində deyib. O, xanımların estetik əməliyyat etdirməsini tənqid edib:

“Kişilərin də ürəyi bulanır bundan. Artıq kişiləri heç haranızla təəccübləndirə bilməyəcəksiz. Mini geyinsəniz də, oranızı-buranızı açsanız da maraqlı olmayacaq. Onsuz da instaqramda var, kimi istəsən görürsən. Kişilər bağırırlar ki, biz təbiiliyi sevirik. Qadınlar bunu eşitmirlər? Kim üçün kəsdirir, şişirirlər? Balaca boylu adamın böyük sinəsi, yarım metr də arxası olur.  Yəqin Allah özü də baxıb deyir ki, belə bəndə yaratmamışam”.

Tacxeber.com

Oxşar xəbərlər