• 23 Noyabr 2024 15:55

Gürcüstan prezidentindən Saakaşvili ilə bağlı sürpriz təklif

 

Gürcüstan Prezidenti Salome Zurabişvili sələfi Mixail Saakaşviliyə elektron qolbaq taxmaq şərti ilə həbsdən buraxılmasını təklif edib.

Tacxeber.com xəbər verir ki, Gürcüstan prezidenti həbsdə Saakaşvili ilə yaxşı rəftar edilmədiyini deyib.

“Hesab edirəm ki, Saakaşvili ilə yaxşı rəftar etmək lazımdır, bunu yüksək səslə deyirəm, çünki dünyanın bir çox başqa həbsə məhkum edilmiş prezidentləri ilə belə rəftar edirlər. Bizim bildiyimiz elektron qolbaqlar və Avropa Birliyinə üzv olmaq istəyən ölkə üçün daha uyğun olan digər formalar var”, – Zurabişvili bildirib.

Gürcüstan prezidenti səhhəti nəzərə alınaraq hökumətin Saakaşvilini əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala belə cavab verib ki, bu, ölkəyə dəymiş ziyanı ödəməyəcək:

“Avropa rəsmiləri bu durumun Gürcüstanın Qərbdəki imicinə vurduğu ziyanı vurğulayırlar. Bu məni narahat edir, durumu yüngülləşdirmək üçün çox şey edirəm. Amma zərər hökumətin qərarları ilə edilib və amnistiya əslində bu zərəri aradan qaldırmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər