• 23 Noyabr 2024 18:38

Ərdoğana göndərilən hədiyyə müzakirələrə səbəb oldu

 

Türkiyədə dünən keçirilən andiçmə mərasimindən sonra Pakistan baş naziri Şahbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi hədiyyə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, baş nazir Ərdoğana tropik manqo meyvəsi hədiyyə edib.

Şərif Pakistandan manqoları hədiyyə olaraq gətirdiyini bildirdik də, Ərdoğan “manqolar haradadır?” deyə soruşub.

Daha sonra manqonun evə göndərildiyini öyrəndikdə Ərdoğan məmnunluğunu ifadə edərək gülümsəyib.

Əminə Ərdoğan və R.T. Ərdoğanla söhbət edən Şərif bildirib ki, Pakistan xalqı Ərdoğanın yenidən prezident seçildiyi üçün çox xoşbəxtdir:

“Dəvətiniz üçün çox sağ olun, xoşbəxt anınızı bizimlə bölüşdünüz. Manqoların yarısı qardaşımın, yarısı da bacımındır”.

Daha sonra Ərdoğan cütlüyü Şərifə açıqlamalarına və hədiyyəsinə görə təşəkkür edib.

Tacxeber.com

Oxşar xəbərlər