• 23 Noyabr 2024 08:32

Fəridi həbs edən İranın riyakarlığı: “Biz azərbaycanlılara qucaq açırıq” 

 

İran XİN sözçüsü Azərbaycanın öz vətəndaşlarını İslam Respublikasına səfər etməmək çağırışından narazıdır.

Tacxeber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani özünün tviter hesabında yazıb: “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana səfər etməsi ilə bağlı xəbərdarlıq edib! Bu, “sionist rejim”in prezidentinin Bakıya sonuncu səfəri zamanı həyata keçirdiyi həmin siyasətdir. Azərbaycan xalqını qorxutmalı olan sivil İslam İranı deyil, məhz İsraildir”.

O, daha sonra riyakar açıqlama verib: “Bizim siyasətimiz vizaları ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qucaq açmaq olaraq qalır. Qonşuluq siyasətinin davam etdirilməsi, əsas prioritetimizdir, təbii ki, qarşılıqlı hörmət və qonşuluq prinsiplərinə riayət etmək çərçivəsində”.

İran XİN sözçüsünün ikiüzlü yanaşmasına isə Ebad Rəfəti Gərgəri adlı güneyli istifadəçi arqumentlərə əsaslanan qətiyyətli cavab verib:

“Qafqazda sülh yaranmaq üzrədir, Azərbaycan və Ermənistan onun bərqərar olması üçün əməli addımlar atıblar. Kabusunuz olan və onu dayandırmaq üçün əlinizdən gələni etdiyiniz bir sülh. Lakin Azərbaycan dövləti sizin əsl niyyətinizi oxuyub və bütün planlarınızı formalaşdırmazdan əvvəl zərərsizləşdirir!”

Qeyd etmək yerinə düşər ki, 22 yaşlı həmvətənimiz, tələbə Fərid Səfərli İrana səfər etdikdə bir müddət ondan xəbər alınmayıb. Sonra tələbəmizin həbs edildiyi məlum olub və ona casusluq ittihamı irəli sürülüb.

Tacxeber.com

Oxşar xəbərlər