• 23 Noyabr 2024 03:54

“Mənim kitablarımı oxumayın” – Çingiz Abdullayev

 

“Həmişə demişəm ki, mənim kitabımı oxumayın, amma kitab oxuyun. Sonra gec olur və insan heyfsilənir ki, niyə kitab oxumayıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri yazıçı, AYB-nin birinci katibi Çingiz Abdullayev II Türk dünyası Ədəbiyyat və Kitab festivalında deyib.

Onun sözlərinə görə sevindirici haldır ki, bu gün gənclərimiz kitab oxuyur:

“Mən çox sevinirəm ki, cavanlar gəlir və kitab alır. Bütün kitablar dindən başlayır. Görünür kitabda nə möcüzələr var ki, on min illərdir ki qalır. Məsələn, Nizami Gəncəvi min illərdir ki sevilir və oxunur. Nə qədər sevilən şairlərimiz olub. Səməd Vurğun dünyasını dəyişəndə cənazəsini maşınla aparmağa icazə vermədilər və onu Fəxri Xiyabana əl üstə apardılar.

Bizdə həmişə şairə belə hörmət olub. Çox adam bilmir ki bizim 11 yazıçımız öz övladını müharibələrdə qurban verib. Onların arasında Xalq şairi Xəlil Rza, Xalq yazıçısı Sabir Əhmədli və digərlərinin övladları müharibədə şəhid olub. O nəsli 90-cı illərdə itirmişik. Bəzən I və II Qarabağ müharibəsini bölürlər. Amma mən deyirəm ki, 30 illik müharibə olub və biz qalib gəlmişik.

Düzdür, bəziləri mənimlə razılaşmır. Bilirəm ki, 90-cı illərdə 25 min adam itirmişik. Əsas odur ki, heç vaxt Şuşa və digər ərazilərin ermənilərdə qalmasına razı olmadıq”.

Tacxeber.com

Oxşar xəbərlər