Tanınmış aparıcıdan həyat yoldaşı ilə bağlı romantik paylaşım – FOTO
Tanınmış aparıcı Emil Şahzadə həyat yoldaşı ilə bağlı romantik paylaşım edib.
Tacxeber.com xəbər verir ki, evliliklərinin 8-ci ildönümünü qeyd edən aparıcı toy fotolarını fotolarını paylaşaraq ürək sözlərini yazıb:
“06.06.2015-ci il tarixində “Ailə” adlı kitabın müəllifi olmaq qərarına gəldik. 8 ildir ki, yeni səhifələri yazmaqdayıq. Bu kitabın əsas qəhrəmanı və ömür-gün yoldaşı olduğuna, mənə ata sevincini yaşatdığına görə, sonsuz minnətdarlığımı bildirirəm, əzizim. 8 rəqəmi sonsuzluğu simvolizə edir. Sənə olan sevgim və hörmətim təkdir, istəkli Könülüm!”
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.E.Şahzadənin həyat yoldaşı özündən 16 yaş kiçikdir.