• 23 Noyabr 2024 07:42

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? – Əhaliyə XƏBƏRDARLIQ

 

Azərbaycanda bir neçə gündür müşahidə edilən yağmurlu, küləkli, qeyri-sabit hava şəraiti iyun ayının 9-na qədər davam edəcək.

Bununla bağlı açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O qeyd edib ki, son günlərdə bəzi bölgələrdə yağıntılar intensiv və güclü olub:

“Leysan yağışları ilə əlaqədar bəzi çaylarda sululuq artıb, dağ çaylarından qısamüddətli sel keçib. Rayonların bəzilərində şimal-qərb küləyi güclənib, Bakıda və Abşeron ərazisində güclü külək müşahidə edilib. Proqnozlara əsasən, iyunun 9-u gündüzədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə leysan xarakterli yağış yağacaq. Əsasən, Quba-Xaçmaz, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə və Qarabağ-Şərqi Zəngəzur bölgələrində yağıntıların intensivləşəcəyi gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi gəzlənilir. Ümumiyyətlə, havanın yağışlı keçməsi, qeyri-sabit durumla bağlı əhalini ehtiyatlı olmağa çağırırıq. Güclü külək yağışla müşahidə olunursa, leysan yağışları qeydə alınırsa, çaylardan sel keçir. Bütün bunları nəzərə alaraq, sakinlərin diqqətli olması məsləhətdir”.

Gülşad Məmmədova onu da qeyd edib ki, hava proqnozları hazırlanıb, mediada dərc olunduğu kimi, rayon rəhbərliklərinə, əlaqədar təşkilatlara da verilir, qeyri-sabit şəraitlə əlaqədar müvafiq xəbərdarlıqlar edilir.

Tacxeber.com

Oxşar xəbərlər