Rusiyalı general Kiyev su bəndini partladıb şəhəri su altında qoymağı təklif edib.
Tacxeber.com xəbər verir ki, belə bir təklifi Rusiya ordusunun ehtiyatda olan general-leytenantı, “Ali iqtisadi məktəb”in professoru Yevgeni Bujinski Rusiya telekanalında çıxışı zamanı irəli sürüb.
“Əgər iş hidroelektrik stansiyasının dağıdılması səviyyəsinə gəlib çıxdısa, o zaman Kiyev yaxınlığındakı su anbarını da nəzərdən keçirmək lazımdır. Orada gözəl bir su anbarı var və coğrafi yerləşmə məkanı da Kiyevdən yüksəklikdədir. Böyükdür və yetərincə suyu var. Bu məsələ barədə düşmək olar”, – general-leytenant Bujinski deyib.
Aparıcının “bununla nəyə nail olacağıq” sualına cavab olaraq rusiyalı general deyib ki, əgər məsələ hidroelektrik stansiyalarının dağıdılmasına gəldisə, o zaman niyə də buna baxılmasın…
“Necə ola bilər, Ukrayna ordusu Xarkovda Rusiya sərhədinə yaxın məsafədə artileriya qurğuları yerləşdirib, bizim sərhədyanı yaşayış məntəqlərimizi atəşı tutub dağıdırlar. O zaman biz niyə Roma Papası kimi müqəddəs olmalıyıq…”, – rus generalı vurğulayıb.