Fransada dəhşət – Makrondan “Millət olaraq şokdayıq” paylaşımı
Fransanın cənub-şərqində Ansi bölgəsindəki parkda bıçaqlı hücum olub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin açıqlama verib.
Hadisə nəticəsində aralarında uşaqların da olduğu çox sayda insan yaralanıb. 3-ü uşaq olmaqla 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Şübhəli polis tərəfindən saxlanılıb. Məlumata görə, hücum edən 32 yaşlı suriyalı qaçqındır.
Fransa Prezidenti Emmanuel Makron hücumla bağlı tviter heasbından paylaşım edib.
“Bu səhər Ansidəki parkda insanlara hücum edilib. Bəzi uşaqlar və böyüklərin vəziyyəti çox ağırdır. Millət olaraq şokdayıq. Düşüncələrimiz onlar, ailələri və onlar üçün səfərbər olan tibb işçilərindədir”,- deyə paylaşımda qeyd olunub.