• 23 Noyabr 2024 08:18

Uşaqlar kalsium çatışmazlığı ilə doğulmasın deyə – ANALAR NƏ ETMƏLİDİR?

Analar üçün ən yaxşı kalsium qaynaqları, qramları ilə…

 

Hamilə qadının kalsiuma ən çox ehtiyacı bətnindəki körpənin skeletinin sürətlə inkişaf etdiyi 3-cü trimesterdə artar. Kalsium körpənin sağlam ürək, sinir və əzələ inkişafına kömək edir, normal ürək ritminin və qanın laxtalanma qabiliyyətini inkişaf etdirir. Hamiləlik zamanı uşaq ehtiyac duyduğu kalsiumu ananın sümüklərindəki kalsiumdan əldə edir. Bu zaman ananın sümüklərində lazımi kalsium olmadıqda uşaqda kalsium əksikliyinə və sonrakı dövrlərdə sümük əriməsinə yol açır. 

Tacxeber.com kalsium çatışmazlığının simptomları və hamiləlik zamanı anaların nə etməli olduqlarını təqdim edir:

1 – Hamilələr nə qədər kalsium qəbul etməlidir?

Bir qadın hamiləlik və əmizdirmə zamanı sümük kütləsinin təqribən 3-5 faizini itirər. Ana qidalanarkən çox az miqdarda kalsium qəbul edirsə, bu nisbət daha da artır. Hamiləlik dövründə ana olamağa hazırlaşan qadın gündə 1000 milli qram (1 qram) kalsium əlavələri almalıdır. Əgər ana 18 yaşındadırsa, gündəlik kalsium qəbulu 1300 mq olmalıdır.

2 – Hamiləlikdə kalsium əksikliyinin səbəbləri…

– Qidalardan kifayət qədər kalsium almamaq;

– İnkişafından dolayı uşağın kalsiuma ehtiyacının getdikcə daha da artması;

– Kalsiumun əmilməsində pozulmaların olması;

– Kalsiumun qəbulu üçün keyfiyyətsiz qidalar seçmək;

– Kalsium mübadiləsində iştirak edən maqneziumun çatışmazlığı;

– D vitamini əksikliyi;

3 – Hamiləlikdə kalsium əksikliyinin göstəriciləri…

Qısa müddət üçün yaranan kalsium əksikliyi hər hansı göstəricilərlə üzə çıxmaz, ancaq yüksək səviyyədə kalsium əksikliyinin göstəriciləri insana görə dəyişkəndir:

– əl, ayaq və üz nahiyyəsində qarışqa gəzərmiş kimi qıcıqlanma;

– ayaqlarda sancılar;

– dəridə quruluq və dırnaqların qırılması;

– ürək döyüntülərinin dəyişkən olması;

– yaddaşın zəifləməsi;

– depressiya;

– halüsinasiyalar

– əzələ ağrıları;

– şişkinlik;

– dişlərin çürüməsi;

– diş ətində problemlər;

– yuxunun pozulması;

4 – Hamiləlikdə kalsium əksikliyi…

Hamiləlik zamanı kalsium əksikliyi ciddi problem olduğu üçün müalicə olunmalıdır. Müalicə zamanı yaranmış əksiklik dərman vasitələriylə deyil, qida əlavələriylə qarşılanmalıdır. Belə ki, analar gündə 2-3 stəkan süd və süd məhsulları qəbul etməlidirlər. Daha ciddi olduqda və qidalarla çatışmazlığın qarşısı alınmadıqda həkim məsləhətiylə kalsium tabletlərindən istifadə edilməlidir.

ƏN YAXŞI KALSİUM QAYNAQLARI…

Kalsium ən çox süd və süd məhsullarında olur. Bununla yanaşı balıqlarda, quru meyvələrdə və bəzi tərəvəzlərdədir.

SİYAHI:

100 ml süd – 125 mq
1 stəkan inək südü – 250 mq
1 stəkan qatıq – 250 mq
1 dilim (30 mq) ağ pendir – 100 mq
1 ovuc fındıq və ya badam – 50 mq
1 ovuc quru üzüm – 30 mq
100 qr susam (küncüt) – 1200 mq
100 qr mərcimək – 68 qr
100 qr badam – 254 mg
100 qr soya (ağ) lobya – 226 mq
100 qr fındıq – 209 mq
100 qr qoz ləpəsi – 84 mq

Qeyd edək ki, bəzi analarda laktoz ferment çatışmazlığı süd və süd məhsullarının qəbulu zamanı mənfi təsir edə bilir. Belə vəziyyətdə kalsiuma olan ehtiyaclarını daha az laktoza tərkibli qatıq, ayran kimi süd məhsullarından, kalsium miqdarı az olsa da badam, fındıq, ərik, banan, portağal, yaşıl tərəvəzlərdən ala bilərlər. Lazım gələrsə, həkimin məsləhətiylə kalsium tabletlərindən istefadə tövsiyə olunur.

Tacxeber.com

Oxşar xəbərlər