• 23 Noyabr 2024 05:03

İranlı ekspertdən şok etiraf: Tehran buna görə Bakını “sevmir”

 

“İrəvan-Bakı-Ankara arasında münasibətlərin normallaşması nəticə etibarı ilə Ermənistanın İranın tamamilə təsir dairəsindən çıxması deməkdir. Bu da Tehranın maraqlarına uyğun deyil”.

Tacxeber.com xəbər verir ki, bunu İran-Erməni Mədəniyyət Mərkəzinin rəhbəri, Qafqaz məsələləri üzrə iranlı ekspert Məhəmməd Rza Dəməvəndi İSNA-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının mümkünlüyünü şərh edərkən deyib.

“Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıqdan sonra sərhədlər açıqlacaq ki, bu da İrəvanın Tehranın təsir dairəsindən, asılığından xilas olması ilə nəticələnəcək. Ermənistan həm iqtisadi, həm təhlükəsizlik, həm də digər cəhətlərdən İrandan asılıqdan qurtulacaq. Bu da İran üçün bir sıra ciddi narahatlıqlara səbəb olacaq”, – iranlı ekspert qeyd edib.

İranlı ekspert vurğulayıb ki, bu hadisələr uzunmüddətli perspektivdə İranın maraqlarını təmin etmir və hətta onlara ziyan vurur.

Onun fikrincə, proseslər sonda Zəngəzur dəhlizinin açılması ilə nəticələnəcək və bu da İranın maraqlarına heç cavab vermir.

Tacxeber.com

Oxşar xəbərlər