• 01 Oktyabr 2024 21:25

Anasının debet kartı ilə oyunlara 64 min dollar xərclədi

 

Çində 13 yaşlı qız anasının kartından istifadə edərək mobil oyunlara 64 min dollar (təx. 108 800 AZN) xərcləyib. 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, o həmçinin 10 sinif yoldaşına da pul köçürüb.

Belə ki, 13 yaşlı qızın anası Qonq Yivanq məktəbdən zəng gələnə qədər qızının onun kartından pul çıxardığını bilmirdi.

Evə edilən telefon zəngindən sonra Yivanq bank hesabını yoxlayıb və və balansının 7 sent olduğunu görüb.

Ana qızının yanvar-may ayları arasında oyunlara təxminən 16.800 dollar xərclədiyini müəyyən edib. Tətbiqdaxili satınalmaların da təxminən 30 min dollara başa gəldiyi məlum oldu.

Həmçinin o, 10 sinif yoldaşına pul köçürüb. Beləliklə, xərc təxminən 64 min dollara çatıb.

Kiçik qız daha əvvəl başqa bir alış-veriş üçün hesabın parolunu anasından aldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər