• 23 Noyabr 2024 19:18

Çürük sandığımız qaralmış bananların bilmədiyimiz – 5 FAYDASI

Ən faydalı vaxtında bananı zibilliyə layiq bilirik…

curuk-sandigimiz-qaralmis-bananlarin-bilmediyimiz

 

Bizə enerji verən, uzun müddət tox tutan və orqanizmi lazım olan bütün vitamin, mineral və təbii şəkərlə təmin edən banan çox faydalıdır. C vitamini, kalium, maqnezium ilə zəngindir.

Tacxeber.com bildirir ki, araşdırmalara görə bananın tərkibində 3 təbii şəkər – saxaroza, fruktoza və qlükoza var. Bəs üzəri qaralanda siz də bananın çürüdüyünü düşünüb zibilə atanlardansınız?

Bilməliyik ki, qaralmış banan xərçənglə mübarizə aparır. Belə ki, qabığında yaranan tünd qara ləkələr meyvənin çürüdüyü mənasına gəlmir. Bu, bananın yetişməsi deməkdir. Bananın üzərində qara-qəhvəyi rəngli ləkələr nə qədər çox olarsa, faydası bir o qədər çoxdur. Bananın üzərindəki qara nöqtələr bədəndəki anormal hüceyrələrlə mübarizə aparan xüsusi maddədir. Çoxaldıqca mübarizənin gücünü daha da artırır.

Banan tam yetişəndə yüksək antioksidantlı meyvə olduğu deyilir. Həmçinin virus və xərçəng hüceyrələrinə qarşı immuniteti gücləndirir. Banan qaraldığı zaman yeyilməyəcək qədər çirkin görünə bilər, ancaq orqanizm üçün hədsiz faydalıdır.

Xroniki xəstəliklərlə mübarizə aparır

Banan yetişdikcə, tərkibində maqneziumun miqdarı artır. Maqnezium isə yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün faydalıdır. Təzyiqi dərhal aşağı salır. Bundan başqa, ürək, depressiya və həzmə kömək edir, bağırsaqların sağlam fəaliyyətini təmin edir.

Təbii antasiddir

Banan təbii antasidlərdir və mədə qıcqırmasını dərhal aradan qaldırır. Mədənizdə yanğı hiss edirsinizsə, bir ədəd banan yeyin, rahatlandığını hiss edəcəksiniz. Xüsusilə də qastrit xəstələrinin davamlı banan yeməsi tövsiyyə edilir.

Qəbizliyi aparır

Banan liflə çox zəngin olduğu üçün qəbizliyin simptomlarını azaldır və müxtlif səbəblərdən dolayı yaranan ishaldan tez bir zamanda xilas edir. Banan bağırsaqlardakı hərəkətliliyi stimullaşdıra bilir.

Tacxeber.com

Oxşar xəbərlər