Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi balansında olan nəqliyyat vasitələri üçün 2023-cü il ərzində avtomobil ehtiyat hissələrinin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tacxeber.com xəbər verir ki, tenderin qalibi “Türkər LTD” şirkəti olub.
Qalib təşkilatla 3 502,038 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Nizamnamə kapitalı 200 manat olan “Türkər LTD”-nin hüquqi ünvanı Yasamal rayonu, Hüseyn Cavid pr, ev 32, m. 33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur.
Qeyd edək ki, “Türklər LTD” daha çox “KerbaAvto” markası ilə tanınır. Mətbuatda “KerbaAvto”nun Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədova məxsus olması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, “KerbaAvto” sabiq nazirin qardaşı Əvəz Əhmədov tərəfindən idarə olunub.