• 23 Noyabr 2024 04:07

Geomaqnit qasırğası gözlənilir?

 

Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olub, maksimum aktivlik 3327 oblastında M 4.7 qeydə alınıb. Alışmalara bağlı olaraq II tip radioemissiya qeydə edilib.

Günəş ləkələri azalıb, 8 ləkə qrupu və 116 ləkə qeyd olunub. Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində tac dəlikləri müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 253 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Bu barədə Pravda.az-a N.TUSİ adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimum 479 km/san olub. Planetlərarası maqnit sahəsi isə həftəsonuna artaraq 15 nT, radial istiqamətdə isə -8 nT olub. Hazırda Günəş küləyinin sürəti 433 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.74 nT, radial istiqamətdə isə 3.91 nT təşkil edir.

Yerə istiqamətlənmiş CME-in təsiri gözlənilsə də, Yerə çatana qədər zəifləyib və geomaqnit qasırğası baş verməyib. Hazırda geomaqnit sahəsi sakitdir (Kp=2).

Proqnoz günlərində (12- 19 iyun) C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 20 faiz, X (R3) sinif isə 5 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxmaq ehtimalı var, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və 8-9 iyunda baş vermiş CME-lərin təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü CH HSS-in təsiri ilə 12-13 və 16 iyun tarixlərində aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.

Tacxeber.com

Oxşar xəbərlər