• 25 Sentyabr 2024 18:21

“Əvvəl müğənnilərdə qürur harada idi?”

 

“Kayahan Bakıya gələndə sual verdilər ki, Azərbaycan sənətçilərini tanıyırsınız? Cavab verdi ki, indikiləri yox. Soruşdular ki, bəs burada radio və telekanallarda görüb dinləmədiniz? Kayahan dedi ki, burada həm radio, həm də televizorda türk sənətçilərini gördüm, ona görə də anlamadım”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova həmkarı Murad Arifin “Rusiya, Gürcüstan və Türkiyə müğənnilərinin Azərbaycanda konsert verməyi gözəldir. Əgər Rusiya, Gürcüstan və Türkiyə mediası (özəlliklə TV və Radiolar) bizimkiləri də bu qədər yayımlayırsa” paylaşımına yazıb. İlhamə Azərbaycanda sənətçilərin klip üçün efirə pul ödəməsindən bəhs edib.

Kayahanın Azərbaycan səfərini xatırlayan ifaçı bunları əlavə edib: “O vaxt idi ki, bizim müğənnilər kliplərini pulla yayımlayırdılar. Bir Azərbaycan ifaçısının pullu klipi gedirdi, 11 türk, rus və xarici müğənninin klipi yayımlanırdı. Sistem indiyənə qədər eynidir. Xaricdə radiolar puskuda dayanır ki, ölkələrinin tanınmış müğənniləri təzə mahnı buraxan kimi ən tez yayım onlarda olsun. Bizdə isə mahnını göndərəndən sonra elçiləri 100 dəfə getməlidir. Heç kim deməsin ki, elə deyil. Bütün müğənnilər bu prosesdən keçib. İndi sosial media hesabına müğənnilərdə bir az qürur yaranıb. Əvvəl qürur harada idi?”.

Tacxeber.com

Oxşar xəbərlər