• 21 Sentyabr 2024 18:00

Ermənilərin sərhəd təxribatının arxasında dayanan məqsəd nədir? – ŞƏRH

Ermənilərin sərhəd təxribatının arxasında dayanan məqsəd nədir?  - ŞƏRH

Laçın” sərhəd-buraxılış məntəqəsində törədilən təxribat hərbçimizin yaralanması ilə nəticələndi. Ermənistan isə qəsdən yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi sərhədi pozaraq, bayraq sancmağa cəhd edib”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, ermənilərin bəyanatı absurddur və heç bir əsası yoxdur:

“Ermənistanın sərhədini Rusiya qoruyur. Azərbaycan heç zaman digər dövlətin ərazisində bayraq ucaltmaga cəhd etməyib, belə bir fikrimiz də olmayıb. Məsələ odur ki, Azərbaycan təyin olunmamış sərhəddə, öz ərazilərində bayraq qaldıra bilər. Eyni zamanda həmin ərazidə Avropa İttifaqının vizual kəşfiyyatçılarından ibarət missiyası var. Həmin missiya buna reaksiya verməli idi. Onların cavabının olmaması da, Ermənistanın yaydığı məlumatların yalan olduğunu sübut edir.

Bütün bunların başında erməni təxribatı dayanır. Delimitasiya və demarkasiya proseslərini ləngitmək, sərhədi pozmaq, sülh müqaviləsinə mane olmaq məqsədi güdürlər. Halbuki bütün bunlar ermənilərin öz əleyhinə çevrilir. Azərbaycan ərazilərində istənilən vaxt antiterror əməliyyatı keçirib, qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bilər”.

Tacxeber.com

Oxşar xəbərlər