• 27 Noyabr 2024 04:30

“Taksi sahəsinə peşəkarlar gəlsin, tıxacı bəhanə etmək doğru deyil”

 

“Sual vermək lazımdır ki, taksi sürücüsü kimdir? İlk növbədə taksi sürücüsü peşəkar adam deyil. Taksi sürücüsü işsiz qalmış həkimdir, müəllimdir, müflis olmuş sahibkar və başqa sahənin adamıdır. Başqa bir iş yeri yoxdur. Bir az pul ödəyirsən, fərqlənmə nişanı alırsan, çörək pulu qazanırsan”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, digər sahələrdəki problemi həll etməliyik ki, taksi sahəsinə peşəkarlar gəlsin: “Xaricdə bu sahə ilə peşəkar sürücülər məşğul olur. Bu gün nəqliyyatın idarəolunmasının problemini Azərbaycan vətəndaşı daşımış olur. Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək doğru deyil. Metroda xidmət yüksək səviyyədə qurulub ki, insan taksidən istifadə edir? Kefindən istifadə etmir. İnsanların yaşayış səviyyəsi aşağı düşdüyünə görə, ən ucuz nəqliyyat vasitəsi kimi 4 nəfər yığışıb hərəsi bir manat verib taksidə gedirlər. Buna nəqliyyat problemi kimi deyil, sosial problem kimi baxmaq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər