• 25 Noyabr 2024 01:36

Xankəndində çıxılmaz durum – Ağ bayraq qaldırmaq üçün sayılı günləri qalıb

 

Təslim olmaqdan başqa yolları qalmayan separatçılar arasında yeni qiyam qovğası baş qaldırmaqdadır.

Qondarma rejimin keçmiş  “Təhlükəsizlik şurasının katibi” Samvel Babayan Xankəndində çevriliş planı hazırlayır.

Tacxeber.com “hraparak”a istinadən xəbər verir ki, Samvel Babayan qondarma rejimdə “dövlət naziri” vəzifəsini almadıqdan sonra təslim olmayaraq yeni iddialara düşüb. Nəşrə verilən məlumata görə, Babayan Xankəndində hakimiyyət dəyişikliyi tələbi ilə yeni hərəkata başlamaq qərarına gəlib. “Hələlik müxtəlif dairələrlə qapalı görüşlər keçirir, ideyalarını müzakirə edir.

Onun nə vaxt və necə işə salınacağına gəlincə, mənbələrimiz susur”, -nəşr yazır.

Digər tərəfdən isə Ruben Vardanyan öz mövqelərini möhkəmlənidmək məqsədi ilə   kəndlərdə ermənilərlə görüşlər keçirir.

Separatçılar son günlərdə baş verən hadisələrdən, xüsusən də Laçın nəzarət-buraxılış məntəqəsindəki təxribatdan sonra dərk edirlər ki, onların  ağ bayraq  qaldırıb  təslim olması üçün saylı günlər qalıb. Onların qarşısında  Azərbaycanın təklif etdiyi  şərtlərindən başqa  variant qalmayıb: ya  şərtlərə uyğun olaraq Azərbaycan qanunlaır çəçivəsində vətəndaşlığı qəbul etmək, ya da bu ərazini tərk etmək. Üçüncü variant isə Azərbaycan komandos qüvvələrinin anti-terror əməliyyatı nəticəsində tərk-silah edilərək, əl-qolları qandallanıb törədikləri cinayətlərə cavab vermək üçün ədalət mühakiməsi  tribunasına çıxarılacaqlar.

Üzləşdikləri çıxılmaz duruma görə isə seprataçılar  bir-birini ittiham edərək. xəyantədə suçlayırlar. Samvel Babayan da belə bir fürsətdən yararlanıb yenidən önə çıxaraq, bu yolla “maraqlarını” təmin etməyə çalışır. Lakin onu da anlayırlar ki, bunun heç biri fayda verməyəcək.
Onu da qeyd edək ki, qondarma rejimin “dövlət naziri” Nersesyan etrməniləri qənaət rejiminə keçməyi tapşırıb. Bildirib ki, vəziyyət gözlənildiyindən də mürəkkəb və çıxılmazdır.

Tacxeber.com

Oxşar xəbərlər