Dünyanın ən varlı iki adamı – “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və LVMH moda konqlomeratının sahibi Bernard Arnault ötən gün Parisdə nahar ediblər.
Tacxeber.com xəbər verir ki, yeməkdə Maskın anası – Mey Mask və Arnaultun iki oğlu – Antuan və Aleksandr da iştirak edib.
Qeyd edək ki, “Blumberq”in son açıqladığı hesabata əsasən, Maskın sərvəti 192 milyard dollar, Arnaultun isə 187 milyard dollar təşkil edir.(Bakupost)