• 25 Sentyabr 2024 22:12

Nisə Qasımova: Dilim tutulmuşdu, danışa bilmirdim, həkimlər dedi ki…

 

Xalq artisti Nisə Qasımova bir müddət əvvəl insult keçirdiyini etiraf edib.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.

Müğənni bildirib ki, xəstəlik səbəbi ilə uzun zaman danışmaqda çətinlik çəkib:

“İnsult mənə Allahın lütfü idi. Çox başqa şeylər ola bilərdi. Amma ən yüngülü oldu. Bu müddətdə insana lazım olan bir çox şeyi öyrəndim. İnanmırdım ki, sağalaram. Dilim, danışığım, səsim yox dərəcəsində idi. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Mən heç danışa bilmirdim. Qəm-qüssə bürümüşdü. İçimdə bir inam var idi, o da itmişdi. Həkimim isə məni inamlandırdı. Ondan əvvəlki həkimlər isə demişdi ki, sən oxumaya bilərsən. Xəstəlikdən əvvəl mənim mahnılarım var idi”.

Qeyd edək ki, bir müddət əvvəl ifaçının insult keçriməsi ilə bağlı xəbərlər yayılsa da, onun köməkçisi bunu yalanlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər