• 26 Noyabr 2024 08:24

Səhər ürək bulanması və iştahasızlığın səbəbləri nələrdir?

 

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar. Lakin buna baxmayaraq bir çoxları səhər qida qəbulundan imtina edirlər.

Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.

Bütün bu simptomlar nəyin əlamətidir?

Tacxeber bildirir ki, iştahasızlıqla yanaşı ürək bulantıları varsa həkim müayinəsindən keçmək mütləqdir.

Mütəxəssislərin fikrincə bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər