• 27 Noyabr 2024 04:37

Bəhram Bağırzadə yenə hədəfdə: Bir hərəkəti ilə “linç” edildi – VİDEO

 

Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, o, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri vaxtilə B.Bağırzadənin verdiyi “kəndli, şəhərli” açıqlamalarını xatırladıblar.

Videonun şərh hissəsində “guya şəhər mədəniyyətini təmsil edir”, “müəllim şəhər uşağıdır, kəndli olan bizi bəyənmir”, “mən kənd uşağıyam, amma bu yaşda heç vaxt toyda gombul barmaqlarımı ağzıma salıb fit çalmaram”, “rayonlular restoranda səs-küy salır” deyən bu deyildi?” və s. sözlər yazılıb.

Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu.

“Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, – deyə o söyləmişdi.

 

Oxşar xəbərlər