• 26 Noyabr 2024 23:41

Tahir Əmiraslanov: “Şər atmayın, pul almamışam”

 

31 il Milli Kulinariya Mərkəzinin baş direktoru olmuş Tahir Əmiraslanov işdən çıxdıqdan sonra barəsində yayılmış məlumatlara aydınlıq gətirib.

Tacxeber.com xəbər verir ki, o, işdən çıxarılandan sonra yalnız iki ay müqavilə əsasında məsləhətçi qismində Dövlət Turizm Agentliyindən ayda 1500 manat məbləğində qonorar aldığını bildirib:

“Bundan başqa, Dövlət Turizm Agentliyindən  və onlara aid heç bir qurumdan heç bir qonorar, heç bir ezamiyyə xərci , heç bir maddi-mənəvi kömək istəməmişəm və almamışam.
2023-cü ilin martın 14-dən 65 yaşıma görə adi pensiya  ( 503 manat  və ada görə 150 manat) alıram. Allah bərəkət versin.
Buna görə də Dövlət Turizm Agentliyinə şər atmamanızı rica edirəm. Onlar dövlətin pulunu mənim kimilərinə xərcləməzlər”.

T.Əmiraslanov təqaüd yaşına bir il qalmış Dövlət Turizm Agentliyi tərəfindən işdən çıxarılanda işçiləri toplayıb hamısı ilə halallaşdığını deyib:

“İşdən çıxmaq istədiklərini bildirəndə “Bu dövlət təşkilatıdır, maaşı da, işi də dövlət verir, bəzilərinizin kreditləri var, bəziniz kirayə pulu verirsiniz, qalın işinizdə işləyin, kim istəyər daha yaxşı iş tapar gedər, kim də işləyə bilsə, qalıb işləyər” dedim.

Halallıq istəyəndə Orxan Fikrətoğlunu da qucaqlayıb halallıq verdim ki, bircə işçiləri işlərindən elemə. Şaiyələri yayanlar çox əskik adamlardır, onlara qulaq verməyin .

Dövlət Turizm Agentliyindən  bu təşkilat yarandığı gündən özümə və gördüyüm işə qarşı heç bir kömək, hörmət görməmişəm.
Göndərdiyim təklif və məktublara həmışə mənfi cavab almışam, yalnız müqavimət görmüşəm. Məni qaralamaqla Milli Kulinariya Mərkəzinin yaxud Turizm Agentlıyinin işləri yaxşılaşmayacaq. Sadəcə doğru işləyin və mümkünsə, mənə mane olmayın!”, – deyə o yazıb.

Tacxeber.com

Oxşar xəbərlər