• 21 Sentyabr 2024 21:18

Vatsapda yeni funksiya: bundan sonra… – FOTO

 

Vatsap mesajlaşma proqramında yeni funksiya hazırlanıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə Mark Zukerberq paylaşım edib. Bundan sonra vatsapda tanış olmayan nömrələrdən gələn zəngləri avtomatik susdurmaq mümkün olacaq.

“İndi daha çox məxfilik və nəzarət üçün “WhatsApp”da naməlum kontaktlardan gələn zəngləri avtomatik olaraq susdura bilərsiniz”,- deyə o yazıb.

Qeyd edək ki, vatsap, instaqram, feysbuk M.Zukerberqin baş icraçı direktoru olduğu “Meta” şirkətinə daxildir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər