• 23 Noyabr 2024 21:57

Ukraynaya “yardım” adı altında yararsız silahlar göndərilib – “New York Times”

 

Ukraynaya göndərilən silahların bir qisminin yararsız olduğu bəlli olub.

Tacxeber.com “New York Times”a istinadən məlumat verir ki, bu, qəzetin apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Araşdırmalara görə, Ukrayna aldığı silahların bir qismini hələ əldə etməyib. Bununla belə, Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi, ciddi önəm kəsb edən silahlar o qədər pis vəziyyətdədir ki, onlardan istifadə etmək mümkün deyil.
Bu yaxınlarda İtaliya hökumətinin hədiyyə etdiyi 33 özüyeriyən haubitsanın çatdırılması bu vəziyətin ən bariz nümunəsidir.

İtaliya müdafiə nazirliyi sözügedən texnikaların illər öncə istismardan çıxarıldığını açıqlayıb. İtaliyanın açıqlamasına görə, Ukrayna buna baxmayaraq texnikaya təcili ehtiyac olduğunu deyib və haubitsalardan təmirdən sonra istifadə etmək istədiyini bildirib.

Həmin sənədlərə əsasən, bu haubitsalardan 13-ü yanvarda Ukraynaya göndərilib, lakin döyüş tapşırıqları üçün yararsız olduğu müəyyən edilib.

Ukrayna müdafiə nazirliyi 33 haubitsanın təmiri üçün “Ultra Müdafiə Korporasiyası” adlı ABŞ şirkətinə 19,8 milyon dollar ödəyib.

Qeyd edək ki, Pentaqon məsələ ilə bağlı araşdırma aparır.

Tacxeber.com

Oxşar xəbərlər