• 24 Noyabr 2024 09:40

Mübariz Mənsimov atasının dəfnində iştirak edə bilməyəcək

 

​​​“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.

Tacxeber.com xəbər verir ki, bunu şirkətin sözçüsü Fidan Quliyeva feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.

Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.

İş adamı həmin ilin iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

Tacxeber.com

Oxşar xəbərlər