Ukraynanın birinci xanımı Yelena Zelenskaya təhlükəsizlik səbəbi ilə həyat yoldaşı Volodimir Zelenski ilə yaşamadığını deyib.
Tacxeber.com xəbər verir ki, o bunu “The Jerusalem Post”a müsahibəsində deyib.
Zelenskaya deyib ki, o, “Rusiya raketlərinin bir gecədə hara düşdüyünü” öyrənmək üçün günə xəbərləri izləməklə başlayır.
Gün ərzində ofisə baş çəkdiyini və psixi sağlamlıq proqramı, məktəb yeməklərinin keyfiyyətinin yaxşılaşdırılması, məişət zorakılığı qurbanlarına kömək kimi layihələr üzərində işlədiyini, müsahibələr verdiyini, telefon və video zənglər etdiyini söyləyib.
Zelenskaya Ukrayna Prezidentindən ayrı yaşadığını, hər gün iki övladının yanına dönərkən təhlükəsizliyi üçün onun ofisində yatır.
“Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşürük. Hazırda heç birimiz nə istirahətə, nə də əyləncəyə vaxt ayıra bilərik”, – o qeyd edib.