• 23 Noyabr 2024 20:25

“Cangüdənləri, bahalı maşınları var, hesabat versinlər”

 

Bir sıra partiyalar MSK-yə və digər aidiyyəti qurumlara hesabat vermədiyindən “Siyasi partiyalar haqqında”qanuna pozanlara görə, cəzaların müəyyənləşməsi doğru addımdır.

Tacxeber.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi partiyalar, xüsusən də AXCP və Müsavat xaricdən və ayrı-ayrı şəxslərdən maliyyə vəsaitləri alırlar, amma bunun hesabatını vermirlər. “Digər vaxt onlar deputatları və başqalarına irad tuturlar və onların pullarını saymaqla məşğuldurlar. Amma özləri 20 ildən artıqdır işləmir və onlar necə dolanır? Amma baxırsan cangündənləri, aparatları, orada çalışan işçiləri və bahalı maşınları var. Qoy zəhmət çəkib maliyyə vəsaitləri ilə bağlı hesabat versinlər. Eləsi var ki, övladı Londonda  deputatın üçillik gəliri həcmində təhsil alır”, – o qeyd edib.

Deputat təklif edib ki, siyasi partiyalarda çalışan işçilərin qanuniləşdirilməsi ilə bağlı əlavə müdədəalar  əksini tapsın: “Onlar sabah pensiyaya çıxanda pensiya ala bilsinlər. Bunu etməyənlərə cəzalar nəzərdə tutulsun”.

Tacxeber.com

Oxşar xəbərlər