Orqanizmi zərərli maddələrdən təmizləmək vəzifəsi böyrəklərin boynuna düşür. Həm də orqanizmdə qidalardan ayrılan mayenin və toksinlərin sidik yolu ilə ifraz edilməsində rol oynayır.
Böyrək çatışmazlığı baş verdikdə isə orqanların iş prosesi getdikcə zəifləməyə başlayır. Böyrəklərin toksinləri və zərərli maddələri sidik yolu ilə bədəndən xaric etmək funksiyasını zəiflədir və ya itirir. Sidik ifrazı dayandıqda isə bədəndə toksin artır və zəhərlənmə baş verir.
Orqanların yaxşı işləməsi birbaşa qidalanma və həyat tərzimizdən asılıdır. Diabet, yüksək təzyiq, böyrək infeksiyaları və dərmanlar böyrək çatışmazlığının ən məşhur səbəblərindəndir.
Tacxeber.com böyrək çatışmazlığı ilə bağlı bəzi bilgiləri oxucularının diqqətinə çatdırır.
Böyrək çatışmazlığının əlamətləri
Xroniki böyrək çatışmazlığı aylar ərzində yavaş-yavaş inkişaf edir və simptomları da artıq gecikmiş halda büruzə verməyə başlayır. Uzun müddət insan xəstəliyini hiss etmir.
Əlamətləri:
-Ümumi halsızlıq və yorğunluq
-Əsəbi gərginlik
-Konsentrasiya çətinliyi
-İştahın itməsi
-İshal, ürəkbulanma və qusma kimi həzm problemləri
-Ürəyin ritm pozğunluğu
-Sidik istehsalının azalması
-Yüksək təzyiq
-Sidikdə köpük
Böyrək çatışmazlığında qadağan edilən qidalar
Böyrək çatışmazlığı olan xəstələr diyetlərinə diqqət yetirməli və müəyyən qidalardan uzaq durmalıdır. Şəkər, yağ, duz, dadlandırıcılar, ət və spirtli içkilər böyrəyin düşmənidir. Bu qidaları ümumi sağlamlığınız üçün də müəyyən ölçüdə istehlak etməlisiz.
Fosfat ehtiva edən qidalardan uzaq durun!
Burada paxlalılar, düyü və ya qabıqlı taxıl bitkiləri kimi təbii fosfatın olduğu qidaların adı deyil, ancaq əlavə olunan və ləzzət artırıcılar, dadlandırıcılar, qoruyucular, hisə verilmiş və ya tündləşdirici maddələr olan süni fosfatların adı keçir. Bunlar sosiska, pendir, şirnilər və qazlı içkilər kimi işlənmiş qidalarda olur.
Kalium baxımından zəngin qidalar diqqətlə, müəyyən ölçüdə istehlak edilməlidir
Hal-hazırda kəskin böyrək çatışmazlığı olan xəstələr onsuz da yüksək olan kalium səviyyəsini və ürəyin ritm pozğunluğu riskini daha da artırmamaq üçün kaliumla zəngin qidalardan uzaq durmalıdır. Xüsusilə kalium baxımından zəngin qidalar bunlardır;
-Banan, ərik və moruq kimi meyvələr
-Kök, kələm və pomidor kimi tərəvəzlər
-Fındıq
-Taxıl bitkiləri
BU 5 QİDA BÖYRƏK ÇATIŞMAZLIĞINA YAXŞI TƏSİR EDİR
1. Gül kələmi
Qış fəslinin ləzzətli tərəvəzi olan gül kələmi dəmir, kalsium, selenium, mis, sink və maqnezium kimi sağlam maddələrlə zəngindir. Gül kələmində də olan xardal yağı qlikozitləri daha az tanınır. Aparılan elmi araşdırmalara görə, bu kimyəvi birləşmələr böyrək xərçəngi inkişaf etdirmə riskini azaldır. Gül kələmi sevmirsinizsə, alternativ olaraq ağ kələm, Brüssel kələmi və ya Çin kələmi kimi başqa bir tərəvəzdən istifadə edə bilərsiniz.
2. Zəncəfil
Zəncəfil hər cür narahatlıq üçün təbii möcüzəvi müalicədir. Zəncəfil immuniteti gücləndirməkdən, soyuqdəymə, qrip əleyhinə vasitə olmaqdan başqa böyrəklər üçün də faydalıdır. Zəncəfilin şəfasından böyrəklər də yararlanır. Antioksidant, iltihabəleyhinə təsiri ilə fruktozanın səbəb olduğu böyrək zədələnməsini yaxşılaşdıra bilər.
3. Alma
Almada olan pektinin orqanlarımızı böyrək daşlarından qoruduğu sübut edilmişdir. Bundan əlavə almanın xolesterol salıcı və qan şəkərini tənzimləmə xüsusiyyəti böyrək sağlamlığına yaxşı təsir edir.
4. Limon Suyu
Ümumilikdə sağlamlıq üçün gün ərzində ən azı 2 litr su içmək məsləhət görülür. Böyrəklərimiz də bundan faydalanır, çünki maye orqanlarımızı təmizləyir və beləcə detoks funksiyasını görür. Daha yaxşısını etmək istəyirsinizsə, saf suya 100 millilitr təzə sıxılmış limon suyu əlavə edə bilərsiniz. Meyvə şirəsində olan sitratlar çox kalsiumu bloklayır və bununla böyrək daşlarının yaranmasının qarşısını alır. Kalsiumun çoxluğu böyrəkdə daşların yaranmasına səbəb olur.
5. Qarabaşaq (Qreçka)
Qarabaşaq qlütensiz taxıl, normal buğda ununun əvəzinə istifadə edilə bilər. Fındıq dadına oxşar qarabaşaq zülal, dəmir, B vitaminləri, sink və maqnezium baxımından zəngindir. Yeni araşdırmalara görə qarabaşaq böyrək problemi olan xəstələr üçün əvəzedilməz qidalardan biridir.