• 22 Noyabr 2024 19:33

Qiyamətin əlamətləri: dünyanın sonu yaxınlaşır – Zirəddin

 

Məsələyə dini aspektdən yanaşsaq, dünyanın sonu 12-ci İmamın zühurundan sonra baş verməlidir.

Tacxeber.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev dünyanın sonu haqda danışarkən deyib.

O bildirib ki, dünyada bir haqq-ədalət qurulmalıdır:

“Bir müddət xoşbəxtlik əsri olmalı və daha sonra qiyamət başlamalıdır. Qiyamət əlamətlərindən biri Günəşin Şərqdən deyil, Qərbdən doğacağıdır. Bu minvalla da dünyanın düzəni pozulacaq. Bizə məlum olan qalaktika məhv olacaq, partlayışlar baş verəcək. Dünya içindəki insanlarla, tarixi abidələrlə, ziyarətgahlarla, başqa dəyərli tarixi yerlərlə birlikdə külə çevriləcək, toz kimi sovrulub gedəcək”.

Ekstrasens deyib ki, bunun hansı ilə təsadüf etdiyini heç kim deyə bilməz:

“Ümumilikdə bizə məlum olan bir şey var ki, bu, cümə günü baş verəcək. Allah dünyanı 7 günə yaradıb. Bugünkü baş verən hadisələri nəzərə alsaq görərik ki, Allah bu gözəl dünyanı dağıdası deyildi, o, insanların atdığı addımlar, imansızlıqlar sayəsində dünyanı dağıdacaq. Bunun bir neçə səbəb var: haqq-ədalətin itməsi, varlı təbəqə ilə yoxsulun hiss olunacaq dərəcədə seçilməsi, homoseksualların durmadan artması və onların “hüquqlar”ının bərpa edilməsi, qadınların qadınla, kişilərin də kişi ilə ailə qurması, müsəlmanların başlarının “Allahu-Əkbər” adı altında kəsilməsi qiyamət əlamətlərindəndir”.

Z.Rzayev “dünyanın sonu yaxınlaşırmı” sualına əminliklə “bəli” cavabını verib:

“Çünki baş verən hadisələr dünyanın sonunun gəldiyini bizə göstərir. Amma ümumilkdə zaman və məkan fərqi var. Bizim yaxın bildiyimiz kosmik zaman nə dərəcədə yaxın və ya uzaqdır, doğrusunu Allah bilir. Lakin baş verən hadisələr həmişə onu göstərir ki, bütün islami mənbələrdə yazılan sonluğun əlamətləri bu gün zühur etməkdədir. Onun üçün də bəli, dünyanın sonu yaxınlaşır, az qalıb. Bu isə inkarolunmazdır”.

Tacxeber.com

Oxşar xəbərlər