Mübariz Qurbanlı: “Tələbələrimizin xarici ölkələrdə dini təhsil almasını istəmirik” Cəmiyyət 25 İyun 2023 12:15 155 “Biz tələbələrimizin xarici ölkələrdə dini təhsil almasını istəmirik”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən “Məzun Günü”ndə deyib. Dövlət Komitəsinin sədri bildirib ki, dini təhsil millətin, eyni zamanda dövlətin özünəməxsusluğunu ifadə edir. M.Qurbanlı hesab edir ki, kadrlar da ölkəmizdə yetişdirilməlidir./Report Tacxeber.com