• 25 Noyabr 2024 15:44

Qaçaqmalçılıqla İrandan Azərbaycana 8 kq narkotik keçirilməsinin qarşısı alınıb

 

İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Xəbərə görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər